Ronaldu bölgədə şiddətlənən münaqişə səbəbindən Səudiyyə Ərəbistanını tərk etməyib

3 Mart 2026 19:58
73
Ronaldu bölgədə şiddətlənən münaqişə səbəbindən Səudiyyə Ərəbistanını tərk etməyib

“Əl-Nəsr”in hücumçusu və kapitanı Kriştianu Ronaldu Yaxın Şərqdə gərginləşən geosiyasi vəziyyət səbəbindən Ər-Riyadı tərk etməyib.

İdman.Biz-in xəbərinə görə, bu barədə “La Gazzetta dello Sport”un jurnalisti Filippo Riççi özünün X sosial media səhifəsində məlumat verib.

Mənbənin məlumatına görə, portuqaliyalı hücumçu Ər-Riyadda qalır və əvvəllər medianın xəbər verdiyi kimi Madridə şəxsi təyyarə ilə uçmayıb.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb və İran buna cavab olaraq İsrail, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyndə ABŞ hərbi bazalarına və digər hədəflərə zərbələr endirib.

İdman.Biz