“Real Madrid”in cinah oyunçusu Rodriqo Qoes sağ dizindəki ön çarpaz bağı qoparıb və cari mövsümün qalan hissəsini, eləcə də 2026-cı il dünya çempionatını buraxacaq.
İdman.Biz bu barədə “Marca”ya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, braziliyalı futbolçu İspaniya liqasının 26-cı turunda “Xetafe2yə qarşı (0:1) matçda zədə alıb. 3 martda Rodriqo tibbi müayinədən keçib və nəticədə çarpaz bağın qoparıldığı aşkarlanıb.
“Real Madrid”in hücumçusu zədəsinə baxmayaraq “Xetafe”yə qarşı oyunu davam etdirə bilib. Rodriqo 55-ci dəqiqədə “Santyaqo Bernabeu”da meydançaya daxil olub və matçın qalan hissəsində meydanda olub.
2026-cı il dünya çempionatında Braziliya Mərakeş, Haiti və Şotlandiya ilə bir qrupda oynayacaq.
