Bakıda daha bir dünya çempionatı baş tutacaq

17 Mart 2026 11:16
127
Bakıda daha bir dünya çempionatı baş tutacaq

Azərbaycan bu yay daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, avqustun 27-dən 29-dək Bakıda çimərlik güləşi üzrə iki beynəlxalq turnir keçiriləcək.

Avqustun 27-də paytaxtda U-17 dünya çempionatı baş tutacaq. Növbəti 2 gündə isə böyüklər arasında Dünya Seriyasının dördüncü mərhələsi təşkil ediləcək. Hər iki yarış ölkəmizdə ilk dəfə keçiriləcək.

Qeyd edək ki, Bakı iyulun 27-dən avqustun 2-dək sərbəst, qadın və yunan-Roma güləşi üzrə U-17 dünya çempionatına da ev sahibliyi edəcək.

İdman.Biz