İtaliya millisinin sabiq futbolçusu Fabio Kvalyarella karyerasını başa vurub.
İdman.biz xəbər verir ki, bu barədə 40 yaşlı hücumçunun özü açıqlama verib.
Kvalyarella azad agent olduğunu desə də, vurğulayıb ki, yenidən meydana çıxmaq üçün formada deyil.
"Yuventus"la 3 dəfə İtaliya çempionu, həmçinin iki dəfə ölkə Superkubokunu qazanan Fabionun karyerasında sonuncu klubu 2016-cı ildən çıxış etdiyi “Sampdoriya” olub. Ötən mövsüm klub İtaliya çempionatında 20-ci yeri tutub və B Seriyasına düşüb. Bundan sonra 40 yaşlı forvard müqaviləsinin müddəti bitdiyi üçün komandadan ayrılıb.
İdman.biz