Azərbaycan millisinin futbolçusu Mahir Emreli Litvada keçiriləcək oyunda yaxşı nəticə qazanmaq istədiyini bildirib.
İdman.Biz xəbər verir ki, hücumçu bunu Millətlər Liqasının qarşılaşması öncəsi mətbuat konfransında deyib.
“Yaxşı hazırlaşmışıq. Çətin rəqiblə oyuna çıxacağımızı bilirik. Məqsədimiz müsbət nəticə qazanmaq olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik. Özümü yaxşı hiss edirəm. Sabah komandama kömək etməyə hazıram”.
Qeyd edək ki, sentyabrın 27-də Kaunas şəhərində keçiriləcək Litva - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
