Ümumdünya Şahmat Olimpiadası: Millilərimiz bu gün növbəti görüşlərini keçirəcəklər

25 Sentyabr 2026 09:25
187
Ümumdünya Şahmat Olimpiadası: Millilərimiz bu gün növbəti görüşlərini keçirəcəklər

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün doqquzuncu tur görüşlərinə çıxacaqlar.

İdman.Biz xəbər verir ki, kişilərdən ibarət yığma bu turda Ermənistan komandası ilə qarşılaşacaq.

Qadınlardan ibarət milli isə Çexiya seçməsi ilə üz-üzə gələcək.

Səkkizinci turdan sonra Azərbaycan kişilərdən ibarət komandası 13 xalla beşinci, qadınlardan ibarət yığma isə 11 xalla 21-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.

İdman.Biz