“Valdas Dambrauskas Azərbatcan çempionatına rəng qatan məşqçilərdən biridir. “Sabah”ın ölkə çempionluğu və Çempionlar Liqasına vəsiqə qazanması onun əməyinin nəticəsidir”.
İdman.Biz-in Kaunasa ezam olunmuş müxbiri xəbər verir ki, bu fikirləri Litva - Azərbaycan oyunu öncəsi mətbuat konfransında litvalı jurnalistlərin sualını cavablandıran futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov deyib.
Ayxan Abbasov oyunun sabah - 27 Sentyabr Anım Gününə təsadüf etməsinə də toxunub.
“Bizim üçün önəmli gündür. Bütün futbolçularla söhbətimiz olub. Biz şəhidlərimizə, qazilərimizə, müharibədə iştirak edən hər kesə borcluyuq. Futbolçular motivasiyası yüksək olmalıdır” – deyə A.Abbasov qeyd edib.
Qeyd edək ki, Futbol üzrə Azərnaycan yığma komandası UEFA MillətlərLiqasının D Divizionunda səfərdə Litva ilə qarşılaşcaq. Sentyabrın 27-də Kaunas şəhərində keçiriləcək Litva - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Xatırladaq ki, Litva - Azərbaycan oyununu işıqlandırmaq üçün bir qrup azərbaycanlı jurnalist AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə Kaunas şəhərinə ezam olunub.
