Azərbaycan millisi Litvada məşqə çıxıb - İDMAN.BİZ KAUNASDAN + FOTO/VİDEO

26 Sentyabr 2026 17:24
78
Azərbaycan millisi Litvada məşqə çıxıb - İDMAN.BİZ KAUNASDAN + FOTO/VİDEO

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində Litva ilə keçirəcəyi oyunöncəsi növbəti məşqinə çıxıb.

İdman.Biz-in Kaunas şəhərinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, yığma Kaunasda yerləşən Darius və Girenasda hazırlıq keçib.

Baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi məşqdə futbolçular qarşıdakı görüşə hazırlıqla bağlı müxtəlif tapşırıqları yerinə yetiriblər.

@idman.biz Milli komandamız Litvada: Oyun öncəsi son hazırlıqlar #futbol⚽️ ♬ оригинальный звук - Idman və Biz

Məşqin ilk dəqiqələri mətbuat nümayəndələri üçün açıq olub. Daha sonra hazırlıq qapalı şəraitdə davam etdirilib.

Qeyd edək ki, Litva səfərini işıqlandırmaq üçün bir qrup yerli jurnalist AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə Kaunasa ezam olunub.

Litva - Azərbaycan qarşılaşması sentyabrın 27-də Kaunasdakı Darius və Girenas stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

İdman.Biz