“Şahdağ Qusar”ın baş məşqçisi yoxlama matçını dəyərləndirdi

17 Noyabr 2026 18:18
53
“Şahdağ Qusar”ın baş məşqçisi yoxlama matçını dəyərləndirdi

“Bildiyiniz kimi, çempionatda iki həftəlik milli komandaların oyunları ilə əlaqədar fasilə yarandı. Biz də bu fasilədən maksimum yararlanmaq istədik. Bu müddətdə “Şəfa” komandasına qarşı yoldaşlıq görüşü keçirməyi planlaşdırdıq. Şəxsən onlara təşəkkür edirəm ki, bizimlə oynamağa razılıq verdilər”.

Bu sözləri Birinci Liqa təmsilçisi “Şahdağ Qusar” futbol komandasının baş məşqçisi Füzuli Məmmədov yoxlama matçında “Şəfa”nı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verərkən deyib.

Qusar təmsilçisinin çalışdırıcısı fasilə dönəmində keçirilən sınaq görüşünün əhəmiyyətindən, komandanın oyunundan və qarşıdakı “Gəncəbasar” matçına hazırlıqlarından söz açıb.

“Matça gəldikdə isə bizim üçün çox effektiv qarşılaşma oldu. Çünki belə güclü və intizamlı komandaya qarşı oynamaq, öz komandamızın çatışmazlıqlarını görmək mənim üçün önəmli idi. Bizim üçün əsas məsələ futbolçuların meydandakı davranışı və oyuna hazırlığı idi. Bu baxımdan, qarşılaşma bizim üçün çox faydalı oldu.

Bilirsiniz ki, qarşıda bizi “Gəncəbasar”la çətin bir oyun gözləyir. Bu görüşdən əvvəl belə güclü komanda ilə qarşılaşmaq bizim üçün çox faydalı oldu. “Gəncəbasar” çox güclü komandadır və çempionatın liderlərindən biridir. Biz də öz növbəmizdə bu oyuna çox ciddi hazırlaşırıq və meydanda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”, - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.

İdman.Biz