“Kəpəz” Futbol Akademiyasının iki yetirməsi Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət alıb.
İdman.Biz xəbər verir ki, bunlar qapıçı İbrahim Hüseynov və müdafiəçi Sadiq Tağıyevdir.
Hər iki futbolçu “Kəpəz”in U-15 komandasının heyətində ölkə çempionatında çıxış edir.
Gənc oyunçular noyabrın 23-dən 27-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər.
