Zaur Hacıyev məşq keçirmək istədi, rəhbərlik icazə vermədi - İDDİA

26 Sentyabr 2026 11:53
63
Zaur Hacıyev məşq keçirmək istədi, rəhbərlik icazə vermədi - İDDİA

Baş məşqçisi Zaur Hacıyevlə yollarını ayıran “Xankəndi” futbol komandasında qalmaqal yaşandığı iddia olunur.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, hadisə mütəxəssisin komandadan ayrılmasından bir gün əvvəl baş verib.

İddiaya əsasən, Zaur Hacıyev sentyabrın 24-də komandanı məşqə çıxarmaq istəyib. Lakin Birinci Liqa təmsilçisinin rəhbərliyi baş məşqçiyə hazırlıq prosesində iştirak etməyə və məşq keçirməyə icazə verməyib.

Bu hadisədən sonra kollektivdə vəziyyətin daha da gərginləşdiyi bildirilir. Növbəti gün - sentyabrın 25-də isə “Xankəndi” rəhbərliyi Zaur Hacıyevlə yolların ayrıldığını açıqlayıb.

Xatırladaq ki, sabiq baş məşqçi ilə iyul ayında yenidən bir illik müqavilə bağlanmışdı.

Qeyd edək ki, “Xankəndi” Birinci Liqada üç turdan sonra bir xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.

İdman.Biz