Sentyabrın 26-da Fransa millisi UEFA Millətlər Liqasının yeni mövsümünə Türkiyə üzərində çətin səfər qələbəsi ilə başlayıb - 1:0. Lakin minimal hesablı qələbə komandanı ekspertlərin tənqidindən xilas etməyib.
Fransa millisinin sabiq yarımmüdafiəçisi Samir Nasri komandanın oyun üslubundakı problemlər barədə sərt fikirlər səsləndirib.
İdman.Biz xəbər verir ki, millinin sabiq futbolçusu fikirlərini “Canal+”ın efirində səsləndirib.
O, Fransa millisinin beynəlxalq arenadakı əsas rəqiblərindən biri olan İspaniya ilə müqayisə edib.
“İspaniyanın aydın futbol fəlsəfəsi var. Məşqçi dəyişsə belə, bütün futbolçular necə oynamalı olduqlarını bilirlər. Fransanın isə oyun kimliyi yoxdur. Eyni vəziyyət İngiltərədə də müşahidə olunur”, – deyə Nasri bildirib.
