FIFA “Fənərbağça”ya transfer qadağası qoydu

26 Sentyabr 2026 12:51
73
FIFA “Fənərbağça”ya transfer qadağası qoydu

Beynəlxalq Futbol Federasiyası (FIFA) “Fənərbağça”nı yeni futbolçuların qeydiyyatına qadağa qoyulan klubların siyahısına daxil edib.

İdman.Biz xəbər verir ki, Türkiyə klubuna tətbiq edilən transfer qadağası artıq qüvvəyə minib və üç transfer dönəmi ərzində davam edəcək.

Qadağaya səbəb olan borcun ödənilməsi halında sanksiya aradan qaldırılacaq.

Əks halda “Fənərbağça” təxminən 1,5 il ərzində üç transfer dönəmində yeni futbolçuları qeydiyyatdan keçirə bilməyəcək.

İdman.Biz
Məqalədə: