Meyson Qrinvudun İstanbulda yaşayacağı evin kirayə pulu məlum olub

26 Sentyabr 2026 10:51
68
Meyson Qrinvudun İstanbulda yaşayacağı evin kirayə pulu məlum olub

Türkiyənin “Fənərbağça” futbol klubunun mövsümün əvvəlində 39 milyon avro qarşılığında “Marsel”dən transfer etdiyi Meyson Qrinvud İstanbulda yaşayacağı evi müəyyənləşdirib.

İdman.Biz xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri məlumat yayıb.

İngiltərəli futbolçu xüsusi məsləhətçi şirkətlə anlaşaraq sevgilisi Harriet Robsonla birlikdə Beykozda villa kirayələyib.

Məlumata görə, Qrinvud “Fənərbağça”nın Samandıra bazasına yaxın olması səbəbindən seçdiyi villa üçün aylıq təxminən 2 milyon türk lirəsi(42 min ABŞ dolları) ödəyəcək.

Villada yeddi yataq otağı və iki qonaq otağı yerləşir. Həmçinin evin geniş bağçasında hovuzun olduğu bildirilir.

İdman.Biz