Olise Fransa millisində 21-ci əsrin rekordunu müəyyənləşdirdi

26 Sentyabr 2026 10:12
88
Olise Fransa millisində 21-ci əsrin rekordunu müəyyənləşdirdi

Millətlər Liqasının qrup mərhələsinin ilk turunda Fransa millisi səfərdə Türkiyə ilə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, Zinəddin Zidanın rəhbərlik etdiyi komanda minimal hesabla - 1:0 qalib gəlib. Görüşdə yeganə qolu Fransa millisinin hücumçusu Kilian Mbappe vurub.

Qeyd edək ki, Madrid “Real”ının ulduz futbolçusuna məhsuldar ötürməni yarımmüdafiəçi Maykl Olise verib. Bu, onun cari ildə doqquzuncu assisti olub.

“Stats Foot”un məlumatına görə, Olise 1958-ci ildən bəri Fransa millisinin heyətində bir təqvim ili ərzində doqquz məhsuldar ötürmə edən ilk futbolçu olub.

24 yaşlı futbolçu klub səviyyəsində Münhen “Bavariya”sında çıxış edir. Transfermarkt portalı Olisenin hazırkı transfer dəyərini 170 milyon avro qiymətləndirir.

İdman.Biz
Məqalədə: