"Liverpul" futbol klubu "Tottenhem"in mərkəz müdafiəçisi Mikki van de Veni transfer etmək imkanını nəzərdən keçirir.
İdman.Biz “Football Insider”ə istinadən xəbər verir ki, “Liverpul” “Tottenhem”in mərkəz müdafiəçisi Mikki van de Venlə maraqlanır.
Mersisayd klubu Vircil van Deykin yaşını nəzərə alaraq müdafiəni gücləndirmək üçün uzunmüddətli planlar qurur. Komandanın 35 yaşlı kapitanı yüksək səviyyəli karyerasının son mərhələsinə yaxınlaşır. Bu səbəbdən klub əvvəlcədən onun potensial əvəzedicisi variantlarını araşdırır.
Əsas namizədlərdən biri Niderland millisində van Deyklə birgə çıxış edən 25 yaşlı van de Vendir.
Qeyd olunur ki, “Liverpul” İngiltərə Premyer Liqasının turnir cədvəlində sonuncu yeri tutan “Tottenhem”in mövsümə uğursuz startından yararlanmağa cəhd edə bilər.
Van de Ven müdafiənin həm mərkəzində, həm də sol cinahında oynamaq qabiliyyətinə malikdir. “Transfermarkt” futbolçunu 50 milyon avro (100 milyon manat) dəyərində qiymətləndirir.
