Türkiyədə 21 şirkət Salaha görə məhkəməlik oldu

26 Sentyabr 2026 02:14
78
Türkiyədə 21 şirkət Salaha görə məhkəməlik oldu

Türkiyədə 21 şirkət futbolçu Məhəmməd Salahın adından və fotosundan reklam və kommersiya məqsədləri ilə istifadə etdiklərinə görə hüquqi iddialarla üzləşib.

İdman.Biz “61saat” nəşrinə istinadən xəbər verir ki, qaldırılan iddiaların ümumi məbləği 900 min avronu (1 milyon 800 min manat) keçib.

Bundan əvvəl “Trabzonspor” şirkətlərə və satış məntəqələrinə misirli futbolçunun adı və fotosundan müvafiq icazə olmadan reklam məqsədilə istifadənin yolverilməz olduğu barədə xəbərdarlıq edib.

Buna Salahın maraqlarını təmsil edən Britaniya şirkətinin hüquqi müraciəti səbəb olub.

Xəbərdarlıqdan sonra bəzi sahibkarlar futbolçunun fotosu və adı olan reklamları mağazaların vitrinlərindən və sosial şəbəkələrdən siliblər. Lakin bu, onların hüquqi araşdırmalardan yayınmasına imkan verməyib.

İdman.Biz