Belçika millisinin hücumçusu ilə İtaliya qapıçısı arasında Millətlər Liqasının ilk turunda gərginlik yaşanıb.
İdman.Biz xəbər verir ki, insident Romada keçirilən və Belçikanın 2:0 hesablı qələbəsi ilə başa çatan görüşün sonlarında baş verib.
Epizodların birində Lukaku barmağını dodaqlarına qoyaraq Donnarummanı susmağa çağırıb. Bundan sonra belçikalı forvard jestlə İtaliya qapıçısının buraxdığı qolların sayını göstərib.
Münaqişə bununla bitməyib. Final fitindən sonra Donnarumma mərkəz dairəsində Lukakunun yanına qaçıb və onunla emosional şəkildə mübahisə etməyə başlayıb. Hər iki millinin futbolçuları onları ayırmalı olublar.
Nəticədə hakim matç bitdikdən sonra Lukaku və Donnarummanın hər birinə sarı vərəqə göstərib.
Belçika İtaliyaya Mika Godtsun 20-ci dəqiqədə və Dodi Lukebakionun 69-cu dəqiqədə vurduğu qollar sayəsində qalib gəlib.
Qeyd edək ki, bu görüş Roberto Mançininin İtaliya millisinin baş məşqçisi postuna qayıtdıqdan sonra ilk oyunu olub.
