Millətlər Liqasının birinci turunda Macarıstan və Ukrayna yığmaları arasında keçirilən qarşılaşma futbolçular arasında kütləvi dava ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, insident Budapeştdəki görüşün 90+2-ci dəqiqəsində baş verib. Ukrayna millisinin yarımmüdafiəçisi Oleksandr Nazarenko kobud qayda pozuntusuna görə ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Bundan sonra futbolçular arasında münaqişə yaranıb və hadisə kütləvi davaya çevrilib. Bu zaman tribunadan da meydana yad əşyalar atılıb.
Qarşılaşma Ukrayna millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 42-ci dəqiqədə Daniil Sikan vurub.
İkinci turda, sentyabrın 28-də Ukrayna Gürcüstanla, Macarıstan isə Şimali İrlandiya ilə qarşılaşacaq.
