İtaliya ilə oyun öncəsi Fransa millisində Mbappe şoku

11 Noyabr 2026 19:09
55
İtaliya ilə oyun öncəsi Fransa millisində Mbappe şoku

Fransa millisinin futbolçusu Kilian Mbappe UEFA Millətlər Liqasının beşinci turunda İtaliya ilə oyunu buraxacaq.

İdman.Biz xəbər verir ki, futbolçu budunun arxa hissəsindəki vətərdə narahatlıq hiss edir. Bu səbəbdən o, noyabrın 12-də keçiriləcək qarşılaşmada komandasına kömək edə bilməyəcək.

Mbappenin qrup mərhələsinin son turunda Türkiyəyə qarşı ev oyununa qədər sıraya dönəcəyi gözlənilir. Həmin görüş noyabrın 15-də baş tutacaq.

Fransalı hücumçu cari mövsümdə “Real Madrid”in heyətində La Liqa və UEFA Çempionlar Liqasında ümumilikdə 16 matça çıxıb. O, bu görüşlərdə 17 qol vurub və üç məhsuldar ötürmə edib.

İdman.Biz