“Barselona”nın 19 yaşlı mərkəz yarımmüdafiəçisi Mark Bernal “Real Madrid”in Avropanın ən yaxşı komandası olması fikri ilə razılaşmayıb.
İdman.Biz xəbər verir ki, gənc futbolçu qitənin ən güclü komandasının məhz “Barselona” olduğunu söyləyib:
“Mənim üçün “Real Madrid” Avropanın ən yaxşı komandası deyil. Məncə, ən yaxşı bizik. Bəli, onlara uduzduq, amma bir oyun kimin ən yaxşı olduğunu müəyyənləşdirmir”.
La Liqanın 12-ci turunda “Real Madrid” Kataloniya təmsilçisini 2:1 hesabı ilə məğlub edib. Hazırda isə İspaniya çempionatının turnir cədvəlinə “Barselona” başçılıq edir.
Bernal “Barselona”nın yetirməsidir. Daha əvvəl onun yaxın vaxtlarda klubu ilə müqaviləsini uzadacağı barədə məlumat yayılıb.
