İspaniya La Liqasında 2024/2025 mövsümünün ən yaxşı futbolçusunun adı açıqlanıb.
İdman.biz xəbər verir ki, "Barselona"nın futbolçusu Rafinya birinci olub.
Keçirilən səsvermədə Braziliya yığmasının üzvü Lamin Yamal, Robert Levandovski, Pedri, Kilian Mbappe, Vinisius Junior və Cud Bellingem kimi futbolçuları geridə qoyub. 28 yaşlı hücumçu La Liqada 38 oyunda 18 qol və 9 ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Rafinya 2022-ci ilin yayından "Barsa"da çıxış edir. Onun transfer qiyməti 80 milyon avro dəyərləndirilir.
İdman.biz