Mark Bernal zədə səbəbindən sıradan çıxa bilər

13 Aprel 2026 07:55
208
Mark Bernal zədə səbəbindən sıradan çıxa bilər

“Barselona”nın gənc futbolçusu Mark Bernalın ayaq biləyindəki zədə ciddi narahatlıq yaradıb.

İdman.Biz “As” nəşrinə istinadən xəbər verir ki, oyunçuya ya ağrıkəsici iynə vurulmalı, ya da o, çərşənbə axşamı keçiriləcək matçı buraxmalıdır.

Baş məşqçi Hansi Flik ağrıkəsici iynə variantına isti baxmır. Futbolçu ilə bağlı yekun qərarın bu gün veriləcəyi gözlənilir.

İdman.Biz