Sabiq ulduz futbolçu, fransalı mütəxəssis Zinəddin Zidana Tacikistan millisində işləmək təklif edilib, lakin o bundan imtina edib.
İdman.Biz xəbər verir ki, iddia Fransa KİV-ində dərc edilib.
Bildirilir ki, Zidan Tacikistandan gələn təklifi nəzakətlə geri çevirib.
Buna səbəb isə onun Fransa Futbol Federasiyası ilə əvvəlcədən əldə etdiyi razılaşmadır. Qeyd edək ki, Zidan Fransa yığmasına rəhbərlik etmək üçün şifahi razılıq verib, tərəflər rəsmi müqaviləni hələlik imzalamayıblar.
