AFFA-nın baş katibi "Sabahın Ulduzları" turnirini izləyib - FOTO

16 Avqust 2026 12:37
119
AFFA-nın baş katibi "Sabahın Ulduzları" turnirini izləyib

AFFA-nın baş katibi Cahangir Fərəcullayev "Sabahın Ulduzları" Bakı Kubokunda keçirilən oyunlardan birini izləyib.

İdman.Biz xəbər verir ki, o, U-14 yaş qrupunda 4-cü tur çərçivəsində baş tutan "Sabah" - "Zirə" matçında iştirak edib.

Baş katib turnirin təşkilati işləri ilə yaxından maraqlanıb, könüllülərlə görüşüb. O, həmçinin qarşılaşmaların "CBC Sport" telekanalında və BFF-nin YouTube kanalında canlı yayımlanması üçün görülən işləri yüksək qiymətləndirib.

Fərəcullayev BFF prezidenti Tahir Süleymanovla fikir mübadiləsi zamanı "Sabahın Ulduzları" layihəsinin əhəmiyyətini xüsusi vurğulayıb.

AFFA rəsmisinin sözlərinə görə, turnir Azərbaycanda keçiriləcək U-15 Dünya Çempionatı və Festivalı üçün müvafiq yaş qrupu üzrə milli komandanın formalaşdırılmasında mühüm rol oynayır.

İdman.Biz