Toral Bayramovun komandası Türkiyədə ikinci qələbəsini qazanıb - VİDEO

16 Avqust 2026 11:23
73
Toral Bayramovun komandası Türkiyədə ikinci qələbəsini qazanıb

Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun formasını geyindiyi "Bursaspor" Türkiyə Birinci Liqasında növbəti qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, komanda ikinci turda doğma meydanda "Iğdır"ı 1:0 hesabı ilə məğlub edib.

Bayramov qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və 71-ci dəqiqədə meydana daxil olub. Bu zaman "Bursaspor" artıq hesabda öndə idi.

İki turdan sonra altı xal toplayan "Bursaspor" turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

İdman.Biz