"Liverpul" "Barselona"nın müdafiəçisi Jül Kundeni transfer etməyi düşünür.
İdman.Biz bu barədə "Mundo Deportivo"ya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Mersisayd klubu komandanın sağ cinah müdafiəçisi mövqeyini gücləndirə biləcək 27 yaşlı fransız futbolçu ilə maraqlanır. "Liverpul" bu mövsüm "Barselona"dan Ronald Araujonu transfer etməklə müdafiə xəttini gücləndirsə də (uruqvaylı sağ cinah müdafiəçisi kimi oynaya bilir), menecer Andoni İraola bu mövqedə seçimlərini genişləndirmək niyyətindədir.
"Barselona" Kundeni iri məbləğə satmaq barədə müzakirə aparmağa hazırdır. Lakin oyunçunun özü klubdan ayrılmaq istəmir, çünki bu yaxınlarda müqaviləsini 2030-cu ilə qədər uzadıb. Lakin müdafiəçinin gələn mövsüm əsas heyət uğrunda mübarizə aparması ehtimalı yüksəkdir ki, bu da onun gələcək planlarına təsir göstərə bilər.
Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 60 milyon avrodur.
