“Bavariya” rekordları yeniləməyə davam edir

13 Aprel 2026 09:46
172
“Bavariya” rekordları yeniləməyə davam edir

Almaniyanın “Bavariya” klubu baş məşqçi Vensan Kompani rəhbərliyi altında rekordları yeniləməyə davam edir.

İdman.Biz xəbər verir ki, Bundesliqanın son turunda “Sankt Pauli” üzərində 5:0 hesablı qələbə qazanan münhenlilərin heyətində 18 yaşlı Bara Ndiaye debüt edib. Bu, cari çempionat mövsümündə komandanın heyətində meydana çıxan 31-ci yeni futbolçu olub və bu göstərici klub üçün rekord sayılır.

Bundan əlavə, “Bavariya” bir mövsüm ərzində 19 yaş və daha gənc futbolçulardan istifadə sayına görə də Bundesliqa rekordu müəyyənləşdirib - bu rəqəm səkkizə çatıb.

Xatırladaq ki, həmin oyunda Bavariya Kompaninin rəhbərliyi altında Bundesliqa tarixində ümumi qol sayına görə də rekordu yeniləyib - komandanın aktivində artıq 105 qol var. Mövsümün başa çatmasına isə hələ beş tur qalır.

İdman.Biz