Azərbaycan Premyer Liqasında mövsümün dördüncü het-triki qeydə alınıb

13 Aprel 2026 10:27
179
Azərbaycan Premyer Liqasında mövsümün dördüncü het-triki qeydə alınıb

Misli Premyer Liqasında mövsümün dördüncü het-triki qeydə alınıb.

İdman.Biz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Rauf Rüstəmli 27-ci turun “Karvan-Yevlax” - “Kəpəz” qarşılaşmasında (4:1) qonaqların qapısına 3 qol vurub.

Mövsümün əvvəlki 27 turunda 3 belə hadisə yaşanıb. “Qarabağ”ın futbolçuları Toral Bayramov beşinci turda “Araz-Naxçıvan”ın (5:0), Kamilo Duran 27-ci turda “Karvan-Yevlax”ın (7:0), “Qəbələ”nin legioneri Domi Massumo 18-ci turda “İmişli”nin (3:2) qapısına üç dəfə yol tapıb.

Rauf Toraldan sonra cari mövsümdə het-trik edən ikinci azərbaycanlı olub. Bununla da son 16 ildə ilk dəfə birdən çox yerli statusa malik futbolçu het-trik edib.

Sonuncu dəfə 2009/2010 mövsümündə belə hadisə yaşanıb. Həmin çempionatda 3 yerli oyunçu - Samir Musayev, Nadir Nəbiyev və Fərid Quliyev het-trikə imza atıb.

Sonrakı illərdə bir yerli futbolçunun iki het-trikinə təsadüf olunub. Amma iki oyunçunun belə uğur qazanması yaşanmayıb.

Qeyd edək ki, Rauf həm də “Karvan-Yevlax”ın Premyer Liqa tarixində ilk het-trik müəllifidir. Həmin matçdakı nəticə isə Yevlax təmsilçisinin yüksək dəstədə ilk böyükhesablı qalibiyyəti və ilk ev qələbəsi kimi də də tarixə düşüb.

İdman.Biz