Tarix yazan məşqçi Qurban Qurbanovun doğum günüdür - VİDEO

13 Aprel 2026 11:03
189
Tarix yazan məşqçi Qurban Qurbanovun doğum günüdür - VİDEO

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.

İdman.Biz xəbər verir ki, Azərbaycan futbolunun ən uğurlu simalarından biri, məşqçi kimi bir çox ilklərə imza atan mütəxəssisin 54 yaşı tamam olur.

Qurban Osman oğlu Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.

Peşəkar karyerasına doğma Zaqatalanın “Daşqın” komandasında başlayan Qurbanov daha sonra “Alazani” (Gürcüstan), “Turan” (Tovuz), “Kür-Nur” (Mingəçevir), “Neftçi”, “Dinamo” (Stavropol, Rusiya), “Baltika” (Rusiya), “Fakel” (Rusiya), “Volqa-Qazprom” (Rusiya) və “İnter” klublarında çıxış edib.

1992–2005-ci illərdə Azərbaycan millisinin formasını geyinən Qurban Qurbanov 68 oyunda 14 qola imza atıb.

O, 2008-ci ildə türkiyəli mütəxəssis Rasim Karanı əvəzləyərək “Qarabağ”ın baş məşqçisi təyin olunub.

2022-ci il aprelin 13-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan futbolunun inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Qurban Qurbanov ailəlidir, 3 övladı var.

İdman.Biz