Misli Premyer Liqasının 27-ci turu “Kəpəz” üçün əlamətdar olub.
İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə klubu Azərbaycan çempionatının yüksək dəstəsində 350-ci səfər oyununu keçirib.
Bu yubiley “Karvan-Yevlax”la matça təsadüf edib.
“Kəpəz” rəqib meydanlarında 164-cü məğlubiyyətini alıb – 1:4. Hesabında 100 qələbə olan qərblilər 86 matçdan bir xalla ayrılıb. 393 qola sevinən Gəncə təmsilçisi 538 top buraxıb.
“Kəpəz” çempionatın tarixində 350 və daha çox səfər matçı keçirən dördüncü komandadır. Yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı”nın hesabında daha çox səfər görüşü var.
