Cırılan qapı toru üçün “İmişli” FK-dan unikal həll - VİDEO

13 Aprel 2026 12:56
194
Cırılan qapı toru üçün “İmişli” FK-dan unikal həll - VİDEO

Quba şəhər stadionunda cırıq qapı toru sosial şəbəkələrdə gündəm olub.

İdman.Biz xəbər verir ki, bu arenada ev oyunlarını keçirən “İmişli” futbol klubu problemi yeni torla əvəzləmək əvəzinə, cırılmış hissələri iplərlə bir-birinə bağlayaraq müvəqqəti həll yoluna əl atıb.

Komanda mövcud vəziyyətdən çıxış yolu kimi zədələnmiş hissələri birləşdirərək toru istifadəyə yararlı vəziyyətə gətirib.

Qeyd edək ki, futbol üzrə Misli Premyer Liqasının 29-cu turunda “İmişli” - “Sumqayıt” qarşılaşması 25 aprel saat 16:00-da məhz bu stadionda keçiriləcək.

İdman.Biz