“Sabah” klubu müdafiəçisi Tellur Mütəllimovla yeni müqavilə bağlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Sabah” Futbol Klubu məlumat yayıb.
Bildirilir ki, 31 yaşlı futbolçu ilə anlaşmanın müddəti iki ildir.
T.Mütəllimov 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışır. Azərbaycan millisinin də üzvü olan futbolçu “Sabah”da ümumilikdə 102 oyun keçirib. O, “bayquşlar”ın heyətində bir dəfə Azərbaycan çempionu, iki dəfə isə Kubokunun qalibi olub.
