İtaliya 113 illik rekordu yenilədi: Gələcəyin millisi qurulur

4 İyun 2026 17:26
104
İtaliya 113 illik rekordu yenilədi: Gələcəyin millisi qurulur

Futbol üzrə İtaliya millisi Lüksemburqa qarşı yoldaşlıq görüşündə son 113 ilin ən gənc start heyətlərindən biri ilə meydana çıxıb.

İdman.Biz “FotMob”a istinadən xəbər verir ki, italyanların start heyətində yer alan futbolçuların orta yaşı 21 il 354 gün təşkil edib. Bu, İtaliya millisinin 1912-ci ildən bəri ən gənc start heyəti kimi qeydə alınıb. Həmin vaxt İtaliya Avstriya ilə oyuna orta yaşı 21 il 308 gün olan heyətlə çıxıb.

Komandanın heyətində yalnız qapıçı Canluici Donnarumma 27 yaşı ilə bu göstəricini bir qədər yüksəldib. Start heyətində Davide Bartezagi, Nikolo Pizilli, Françesko Pio Esposito, Fabio Kyarodiya, Luka Lipani, Luidci Kerubini kimi gənclər yer alıblar.

Lüksemburqla matçda İtaliya 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 49-cu dəqiqədə Pio Esposito vurub.

Bu heyət İtaliya millisində ciddi yenilənmənin başladığını göstərir. DÇ-2030-a qədər formalaşacaq yeni nəslin əsasını məhz bu futbolçuların təşkil edəcəyi gözlənilir.

İdman.Biz