Birinci Liqada mövsümün bitməsinə bir tur qalmış çempionluğu rəsmiləşdirərək elitaya vəsiqə qazanan “Şəfa” klubu heyətində dəyişiklik edib.
İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, Bakı təmsilçisi komandanın əsas futbolçularından olan Urfan İsmayılovla bağlı yekun qərar verib.
30 yaşlı yarımmüdafiəçinin müddəti başa çatan müqaviləsi yenilənməyəcək və o, klubdan ayrılacaq.
Daha əvvəl “Şəfa”nın digər yarımmüdafiəçisi Emin Zamanovla da yollarını ayıracağı məlum olmuşdu.
Xatırladaq ki, “Şəfa” mövsümü 57 xalla başa vurub.
