“Qarabağ” futbol komandasının isveçli hücumçusu Zakaria Savonun zədəsinin dərəcəsi məlum olub.
İdman.Biz xəbər verir ki, 26 yaşlı futbolçu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində “CSKA Sofiya” ilə Bolqarıstanda keçirilən cavab görüşündə zədələnib.
Tibbi müayinədən sonra hücumçunun sağ bud əzələsində qismən yırtılma aşkarlanıb.
Zakaria Savonun səkkiz həftədən sonra meydana qayıtması gözlənilir.
