“Qəbələ” Qətər klubunu yoxlama oyununda məğlub etdi

2 Avqust 2026 20:15
115
“Qəbələ” Qətər klubunu yoxlama oyununda məğlub etdi

“Qəbələ” futbol komandası yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

İdman.Biz xəbər verir ki, “qırmızı-qaralar” Qətərin “Al-Kharitiyath” komandası ilə qarşılaşıb. Görüş “Qəbələ”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan təmsilçisinin heyətində Nuğay Rəşidov və Antoni Hunpe fərqləniblər.

Xatırladaq ki, “Qəbələ” bundan əvvəl, 31 iyulda “İmişli” ilə qarşılaşıb. Qəbələ şəhər stadionundakı oyun 2:2 hesabı ilə başa çatıb. “Qəbələ”nin ilk qolunu Karim Rossi vurub, ikinci qol isə rəqib futbolçunun avtoqolu olub.

İdman.Biz