Portuqaliyalı qapıçı Pedro Mateuş 2026/2027 mövsümündən Azərbaycan Birinci Liqasında çıxış edəcək “Karvan-Yevlax” klubundan ayrılıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Karvan-Yevlax” Futbol Klubu məlumat yayıb.
Bildirilir ki, 29 yaşlı qolkiperin müqaviləsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, Pedro Mateuş “Karvan-Yevlax”ın heyətində 20 oyuna çıxıb.
Xatırladaq ki, Yevlax təmsilçisi daha əvvəl yarımmüdafiəçi Kayl Spenslə də vidalaşıb.
16:37
Başa çatan mövsümdə futbol üzrə Azərbaycan Premyer Liqasını tərk edən “Karvan-Yevlax”da ayrılıq yaşanıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Karvan-Yevlax” Futbol Klubu məlumat yayıb.
Bildirilir ki, bölgə təmsilçisi Kayl Spenslə vidalaşıb. İngiltərəli yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Kayl Spens geridə qalan mövsümdə Yevlax klubunun heyətində 34 oyun keçirib, 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Karvan-Yevlax” növbəti mövsümdə Azərbaycan I Liqasında mübarizə aparacaq.
