"Latsio" yenidən Mauritsio Sarriyə həvalə olunub

Xəbərlər
2 İyun 2025 23:37
73
"Latsio" yenidən Mauritsio Sarriyə həvalə olunub

Mauritsio Sarri yenidən "Latsio"nun baş məşqçisi təyin olunub.

İdman.biz xəbər verir ki, təcrübəli mütəxəssis təxminən 14 aydan sonra Roma klubuna dönüb.

"Latsio" 2024/2025 mövsümünü 65 xalla 7-ci pillədə başa vuraraq, Avropa kuboklarından kənarda qalıb. Bundan sonra klub rəhbərliyi baş məşqçi Marko Baroni ilə yollarını ayırıb. Onun yerinə 66 yaşlı Mauritsio Sarri təyin olunub.

Qeyd edək ki, Sarri 2021-2024-cü illərədə Roma təmsilçini çalışdırıb. O, ötən mövsümün 28-ci turundan sonra ardıcıl 4 məğlubiyyətdən sonra istefaya vermişdi.

İdman.biz