Futbol üzrə Rusiya çempionatında 2024/2025 mövsümünün qalibi bəlli olub.
İdman.biz xəbər verir ki, "Krasnodar" tarixində ilk dəfə ölkə çempionu titulunu qazanıb.
Çempionluğun taleyinə son turda aydınlıq gəlib. "Zenit"i bir xal qabaqlayan Krasnodar təmsilçisi öz meydanında Moskva "Dinamo"su ilə qarşılaşıb. Onlar 3:0 hesabı ilə inamlı qələbə qazanaraq, çempionluq şansını qaçırmayıblar. Ölkəmizdə "Sabah"da işləmiş Murad Musayev "Krasnodar"ın baş məşqçisi kimi karyerasının ən böyük uğuruna imza atıb.
Peterburq klubu öz meydanında "Axmat"ın qapısından 3 cavabsız top keçirib.
Qeyd edək ki, "Krasnodar 30 turdan sonra 67, "Zenit" isə 66 xal toplayıb.
İdman.biz