“Tottenhem” 144 illik tarixində ilk dəfə aşağı liqaya düşmə zonasına enib.
İdman.Biz jurnalist Fabrizio Romanoya istinadən bildirir ki, bu, İngiltərə Premyer Liqasının 32-ci turunda "Vest Hem”in “Vulverhempton”a qalib gəlməsindən sonra olub.
Matç 4:0 hesabı ilə başa çatıb.
Bu qələbədən sonra “Vest Hem” (32 xal) Premyer Liqada “Tottenhem”i (30) geridə qoyaraq 17-ci yerə yüksəlib. “Tottenhem” 18-cidir.
