Almaniya Bundesliqasının 29-cu turunda “Auqsburq” və “Hoffenhaym” 2:2 hesablı heç-heçə oynayıblar.
İdman.Biz-in məlumatına görə, ev sahibləri 11-ci dəqiqədə Aleksis Klod-Morisin qolu sayəsində hesabda irəli çıxıblar. Mixael Qreqoriç isə tezliklə “Auqsburq”un fərqini ikiqat artırıb.
Lakin, “Hoffenhaym” fasiləyə qədər oyuna qayıtmağı bacarıb. Robin Qranak 35-ci dəqiqədə fərqi azaldıb, Bazumana Ture isə 42-ci dəqiqədə hesabı bərabərləşdirib.
Komandalar ikinci hissədə qol vura bilməyiblər və matç heç-heçə ilə başa çatıb.
Bu matçdan sonra “Auqsburq” 33 xalla liqa turnir cədvəlində 10-cu, “Hoffenhaym” isə 51 xalla beşinci yerdədir.
