Ötən gün “Qarabağ”dan “Bursaspor”a transfer olunan Azərbaycan millisinin futbolçusu Toral Bayramov tezliklə yeni klubu ilə rəsmi müqaviləyə imza atacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, 25 yaşlı sol cinah müdafiəçisi yaxın günlərdə Bursaya yollanacaq.
Lakin Toral Bayramov yeni komandasının məşq prosesinə bir qədər gec qoşulacaq. Çünki futbolçu mayın 28-də millimizin düşərgəsinə qatılacaq. Bayramov yalnız Avstriya toplanışı başa çatdıqdan, yəni iyunun 10-dan sonra “Bursaspor”la məşqlərə başlayacaq.
Qeyd edək ki, “Bursaspor” 2026/2027-ci il mövsümündə Türkiyənin I Liqasında çıxış edəcək.
