“Araz-Naxçıvan” futbol klubu baş məşqçisi Andrey Demçenko ilə əməkdaşlığa son qoyub.
İdman.Biz Naxçıvan təmsilçisinə istinadən xəbər verir ki, ukraynalı mütəxəssisin müqavilə müddəti başa çatdığı üçün tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırıblar.
Qeyd edək ki, Andrey Demçenko 2026-cı ilin yanvarında “Araz-Naxçıvan”ın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 17 rəsmi oyun keçirib. Bu qarşılaşmalarda klub 6 qələbə qazanıb, 2 heç-heçə edib.
