Mahir Emreli Polşa çempionatının ən yaxşı assistentləri arasında

24 Noyabr 2026 12:22
27
Mahir Emreli Polşa çempionatının ən yaxşı assistentləri arasında

Polşanın “Rakuv” futbol komandasının hücumçusu Mahir Emreli ölkə çempionatında məhsuldar ötürmələri ilə diqqət çəkir.

İdman.Biz xəbər verir ki, Polşa mediası Ekstraklasının 15-ci turundan sonra ən yaxşı assistentlərin siyahısını təqdim edib.

Azərbaycan millisinin üzvü də mövsüm ərzində məhsuldar ötürmə edən futbolçular sırasındadır. 15-ci turdan sonra Emrelinin hesabında üç assist qeydə alınıb.

Siyahıda əsas rəqabət “GKS Katovitse”nin futbolçusu Bartoş Novak və “Şlensk”in yarımmüdafiəçisi Pyotr Samets-Talar arasında gedir - səkkiz asist.

Mahir Emreli cari mövsümdə “Rakuv”un heyətində həm də üç qol sahibidir və məhsuldar oyunu ilə komandasının hücum xəttinə töhfə verir.

İdman.Biz