İspaniyanın “Barselona” futbol klubunun prezidenti Joan Laporta Bakıda əyləncəli anlar yaşayıb.
İdman.Biz xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la keçiriləcək oyun üçün Azərbaycan paytaxtına gələn klub rəhbəri oteldə təşkil olunan məclisdə “Barselona” komandasının himnini oxuyub.
Laportanın əylənərək ifası məclis iştirakçılarının marağına səbəb olub. Həmin anların görüntüləri sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, “Sabah” - “Barselona” qarşılaşması 25 noyabrda Bakı Olimpiya Stadionunda keçiriləcək. Beşinci turun görüşü saat 21:45-də başlayacaq.
