İngiltərənin “Tottenhem” klubu “Mançester Siti” klubunun braziliyalı hücumçusu Savinyonu transfer etmək istəyir.
İdman.Biz xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Qeyd olunur ki, “Tottenhem” 22 yaşlı vingerlə bağlı danışıqları yenidən bərpa edib. London təmsilçisi futbolçunu ötən yay da transfer etmək istəyirdi. Lakin həmin vaxt “şəhərlilər” oyunçunu satmaqdan imtina etdikləri üçün keçid baş tutmamışdı.
Qeyd edək ki, Savinyo 2024-cü ildən “Mançester Siti”də çıxış edir. Onun müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Braziliyalı futbolçu “şəhərlilər”in heyətində keçirdiyi 84 oyunda yeddi qol vurub və 16 məhsuldar ötürmə edib.
