“Neftçi”dən Rüfət Abbasovun transferi ilə bağlı İDMAN.BİZ-ə AÇIQLAMA

26 May 2026 15:33
136
“Neftçi”dən Rüfət Abbasovun transferi ilə bağlı İDMAN.BİZ-ə AÇIQLAMA

Mətbuatda “Şamaxı” futbol klubu ilə müqavilə müddəti başa çatan sol cinah müdafiəçisi Rüfət Abbasovun “Neftçi”yə transfer olunduğuna dair xəbərlər dərc edilib.

İddialara görə futbolçu artıq “Neftçi” ilə bütün şərtləri razılaşdırıb və Rüfət qarşıdakı üç il ərzində “Neftçi”nin uğurları üçün çalışacaq.

Məsələ ilə bağlı İdman.Biz-ə açıqlama verən “Neftçi” futbol klubunun mətbuat katibi Asəf Zeynallı isə yayılan xəbərləri təsdiq etməyib.

Saytımıza verdiyi qısa açıqlamada Asəf Zeynallı vurğulayıb ki, əgər transfer baş tutarsa klub rəsmi açıqlama yayaraq futbol ictimaiyyətini məlumatlandıracaq.

Əlavə edək ki, Rüfət Abbasov “Neftçi”nin öz yetirməsidir. O, “Şamaxı” klubuna 2024-cü ilin yayında transfer olmuşdu.

İdman.Biz