İbrahimoviç “Milan”da böyük səlahiyyət alır

26 May 2026 16:00
125
İbrahimoviç “Milan”da böyük səlahiyyət alır

İtaliyanın “Milan” futbol klubunun keçmiş hücumçusu və klubun məsləhətçisi Zlatan İbrahimoviç yeni mövsüm öncəsi əsas qərarların mərkəzinə keçir.

İdman.Biz xəbər verir ki, insayder Nikolo Skiranın məlumatına görə, İbrahimoviç 2026/27 mövsümündə “Milan”ın əsas simalarından biri olacaq. İsveçli funksionerin klubun yeni idman direktoru və baş məşqçisinin seçilməsində həlledici rol oynayacağı bildirilir.

Qeyd edək ki, Seriya A-da son tur oyunundan sonra klub baş məşqçi Massimiliano Alleqri ilə yollarını ayırıb, həmçinin Corco Furlani, İqli Tare və Coffri Monkada da rəhbərlikdən gedib.

Klubun sahibi “RedBird Capital Partners” mövsümün son hissəsindəki nəticələri uğursuzluq kimi qiymətləndirib. “Milan” A Seriyasını beşinci pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

İdman.Biz