Azərbaycanın “Sabah” futbol komandasının qapıçısı Nicat Mehbalıyev komandadan ayrılıb.
İdman.Biz xəbər verir ki, bu barədə ölkə çempionunun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı qolkiperlə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.
Nicat Mehbalıyev 2021-ci ildən “Sabah”ın heyətində çıxış edib.
